Türkay Verdiyeva

Türkay Verdiyeva

İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi

(+99412) 521 25 35


14 iyul 1990-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub.

Təhsili

2007-2011-ci illərdə Bakı Musiqi Akademiyasında bakalavr təhsili alıb.
2011-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib.
Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində ikinci bakalavr təhsili alır.

Əmək fəaliyyəti

2012-2016-cı illərdə “Xəzər TV” MMC-də Xəbərlər departamentinin müxbiri, “Xəzər TV”-nin Prezident Administrasiyasında və Milli Məclisdə akkreditə olunmuş xüsusi müxbiri,

2016-2019-cu illərdə “Xəzər TV” MMC-də Xəbərlər departamentinin redaktoru,

2019-2023-cü illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimai-siyasi proqramlar Studiyasının redaktoru, “Əsas Məsələ” , “Hədəf”, “AZTV XƏBƏR” proqramlarının aparıcısı olub.

Bir sıra sənədli filmlərin və televiziya proqramlarının müəllifidir.

2024-cü ilin may ayından Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, iki övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R