Elşən Yusifli

Elşən Yusifli

Sahəvi proqramların monitorinqi sektorunun müdiri

(+99412) 521 25 35


23 noyabr 1998-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub.

Təhsili

2016-2021-ci illərdə ADA Universitetində biznesin idarə edilməsi ixtisası üzrə bakalavr,

2021-2023-cü illərdə ADA Universitetində dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb.

Əmək fəaliyyəti

2021-ci ildə əmək fəaliyyətinə “Deloitte Azərbaycan” şirkətində 1-ci dərəcəli vergi məsləhətçisi vəzifəsində başlayıb.

2022-2023-cü illərdə “Aztelekom” MMC-də Biznesin təhlili və bazar araşdırması şöbəsində biznes analitik olaraq çalışıb.

2023-cü ilin aprel ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi olaraq işə başlayıb. 2024-cü ilin avqust ayından şöbənin Sahəvi proqramların monitorinqi sektorunun müdiridir.

Analitika, vizuallaşdırma, riyazi-statistik modelləşdirmə, maliyyə və vergi qanunvericiliyi sahələrində bilik və təcrübəyə malikdir.

SQL sorğu dili və Power BI proqramlarında işləmə bacarığına sahibdir.

Azərbaycan, ingilis və türk dillərini bilir.

Ailəlidir, bir övladı var. 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R