21 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olub.
Təhsili
1998-2002-ci illərdə Bakı Dövlət Universitetində jurnalistika ixtisası üzrə bakalavr,
2004-2005-ci illərdə ABŞ-ın Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbində magistr,
2009-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit ixtisasında ikinci bakalavr,
2018-2020-ci illərdə Bakı Dövlət Universitetində gənclərlə iş ixtisası üzrə ikinci magistr təhsili alıb.
2023-cü ildən Bakı Dövlət Universitetində "Beynəlxalq jurnalistika və informasiya siyasəti" kafedrasının jurnalistika ixtisası üzrə doktorantura təhsili alır.
Əmək fəaliyyəti
1998-1999-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində “Yetkinlik” və “Göyqurşağı” verilişlərinin müəllifi və aparıcısı,
1999-2001-ci illərdə “Internews –Azerbaijan”da “Nə isə” verilişinin müstəqil jurnalisti,
2002-2006-cı illərdə ANS Müstəqil Yayım və Media Şirkətində xəbərlərin aparıcısı və “Xəbərçi” verilişinin layihə rəhbəri,
2006-2014-cü illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Prezident Administrasiyasında və Milli Məclisdə akkreditə olunmuş xüsusi müxbiri və Xarici Əlaqələr Bürosunun rəisi,
2016-2019-ci illərdə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Kommunikasiya departamentinin PR meneceri olub.
2019-cu ildən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Kommunikasiya departamentinin rəhbəri vəzifəsində çalışır. 2023-cü ilin fevral ayında Mərkəzdə aparılmış struktur islahatlarından sonra İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Azərbaycan, ingilis və rus dillərini bilir.
Ailəlidir, iki övladı var.