Mətanət Rəsulova

Mətanət Rəsulova

İnsan resursları üzrə menecer

(+99412) 521 34 81


28 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub.

Təhsili

1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil,

1989-1992-ci illərdə Azərbaycan Res­publikası Elmlər Akademiyasının Kibernetika İnstitutununda iqtisadi-riyazi üsullar ixtisası üzrə məqsədli aspirantura təhsili alıb.

2000-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə iqtisad elmləri namizədi olub.

2011-2015-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun iqtisad elmləri doktoru elmi dərəcəsi üzrə doktorantura pilləsində təhsil alıb.

Elmi-pedaqoji fəaliyyəti

1996-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

2009-2011-ci illərdə Azərbaycan Universitetində baş müəllim olub.

2013-cü ildə ekonometriya ixtisası üzrə dosent adı alıb.

2015-ci ildən Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosent-müəllimi vəzifəsində çalışır.

2003-2014-cü illərdə BMTvə Asiya İnkişaf Bankının təşkilatçılığı ilə beynəlxalq və habelə bir sıra yerli elmi-tədqiqat layihələrində müvafiq olaraq Milli qrup rəhbəri, böyük ekspert kimi iştirak edib.

Beynəlxalq Valyuta Fondunun, USAİD-in təşkilatçılığı ilə beynəlxalq təlimlərdə iştirak edib, bir sıra beynəlxalq və yerli konfranslarda elmi məruzələr təqdim edib, bir neçə kitabın həmmüəllifi, 50-dən artıq elmi məqalə və tezislərin müəllifidir.

Əmək fəaliyyəti

1986-1989-cu illərdə Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi Nazirliyinin İnformasiya-Hesablama Mərkəzində mühəndis-proqramçı,

1992-2003-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi,

2003-2007-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin Elmi tədqiqatlar şöbəsində aparıcı elmi işçi, şöbə müdiri,

2007-2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun İqtisadiyyatın modelləşdirilməsi şöbəsində şöbə müdiri,

2011-2014-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Makroiqtisadi modelləşdirmə şöbəsində şöbə müdiri,

2014-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda elmi tədqiqatlar üzrə direktor müavini vəzifələrində çalışıb.

2016-cı ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin insan resursları üzrə meneceridir.

Təltifləri

2014-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycan, rus, ingilis və alman dillərini bilir.

Ailəlidir, iki övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R