İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4” layihəsi çərçivəsində növbəti infosessiya Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilib. İnfosessiyada universitetin bir qrup müəllimi və çoxsaylı tələbə iştirak edib.
Tədbir “Enterprise Azerbaijan” portalının rəhbəri, dosent İsa Qasımovun təqdimatında “Startap layihələrinin formalaşdırılması və inkişafı” mövzusunda təlimlə başlayıb. Təlim çərçivəsində iştirakçılara startap anlayışı, ideyaların biznes modelinə çevrilməsi və innovativ yanaşmalar barədə ətraflı məlumat verilib. Eyni zamanda, təhsil sektorunda mövcud problemlərin innovativ həll yollarına dair interaktiv müzakirələr aparılıb və iştirakçılar praktiki tapşırıqlar üzərində işləyiblər.
Görüşün davamında tədbir iştirakçılarına “Startup School 4” layihəsi haqqında geniş məlumat verilib. Bildirilib ki, proqram 2026-cı ildə “Beş qitə - 500 startap” şüarı ilə həyata keçirilir və əsas məqsəd yerli startapların qlobal innovasiya ekosisteminə inteqrasiyasını sürətləndirməkdir. Layihə çərçivəsində iştirakçılar üçün beynəlxalq mentorluq, təlim proqramları və investisiya imkanlarına çıxış təmin olunacaqdır.
Qeyd edək ki, “Startup School 4” layihəsinə startapların onlayn qeydiyyatı aktivdir. Layihəyə ideya mərhələsində olan, MVP hazırlığı görən və ya artıq hazır MVP-si olan startaplar müraciət edə bilərlər.
Son müraciət tarixi: 15 may 2026
Qeydiyyat üçün link: https://startupschool.az/en/register

Digər təlimlər
“Enterprise Azerbaijan” portalı Qubada təlim və infosessiya keçirib
İİTKM və BMT “Qida təhlükəsizliyi” dərsliyini hazırlayır
“Enterprise Azerbaijan” portalının rəhbəri Naxçıvanda təlim keçib
“Enterprise Azerbaijan” portalı Sumqayıt Dövlət Universitetində təlim və infosessiya keçirib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsi ADDA-da təqdim olunub
“Startup School Naxçıvan” layihəsi çərçivəsində təlim və mentorluq proqramına start verilir
“Enterprise Azerbaijan” portalının rəhbəri Qubada təlim keçib
“Startup School” Xankəndidə keçirildi