İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” proqramı çərçivəsində növbəti infosessiya təşkil olunub. Bu dəfə proqramın təqdimatı Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) baş tutub.
Tədbirin əsas məqsədi gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması, sahibkarlıq ruhunun aşılanması, eləcə də onların qlobal startap ekosistemlərinə inteqrasiyasına dəstək göstərmək olub. Proqram çərçivəsində iştirakçılara praktiki yanaşmalar və real nümunələr əsasında ilkin təlim verilib.
Tədbirdə çıxış edən “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Startup School 4” proqramının əsas hədəfləri, iştirak qaydaları və seçim meyarları barədə ətraflı məlumat verib. O, proqram çərçivəsində təqdim olunan mentorluq dəstəyi, təlim proqramları, beynəlxalq ekspertlərlə əməkdaşlıq imkanları və investisiya cəlbi mexanizmlərini iştirakçıların diqqətinə çatdırıb.
Bildirilib ki, “Beş qitə - 500 startap” şüarı ilə həyata keçirilən proqram innovativ ideyaların inkişafını sürətləndirməklə yanaşı, gənc təşəbbüskarların beynəlxalq səviyyədə tanınmasına və qlobal bazarlara çıxışına imkan yaradır.
Təlim hissəsində iştirakçılara startapların qurulması, ideyaların formalaşdırılması, bazar yanaşmaları və ilkin inkişaf mərhələləri ilə bağlı praktiki biliklər təqdim olunub, interaktiv müzakirələr aparılıb.
Qeyd edək ki, “Startup School 4” proqramı üzrə qeydiyyat 15 may 2026-cı il tarixinədək davam edir.
Qeydiyyat linki: https://startupschool.az/en/register

Digər təlimlər
“Enterprise Azerbaijan” portalı Qubada təlim və infosessiya keçirib
İİTKM və BMT “Qida təhlükəsizliyi” dərsliyini hazırlayır
“Enterprise Azerbaijan” portalının rəhbəri Naxçıvanda təlim keçib
“Enterprise Azerbaijan” portalı Sumqayıt Dövlət Universitetində təlim və infosessiya keçirib
“Enterprise Azerbaijan” portalı ADPU-da “Startup School 4” layihəsini təqdim edib
“Startup School Naxçıvan” layihəsi çərçivəsində təlim və mentorluq proqramına start verilir
“Enterprise Azerbaijan” portalının rəhbəri Qubada təlim keçib
“Startup School” Xankəndidə keçirildi