Qubada İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı, Quba İş Adamlarına Dəstək Platforması (QİAD) və Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə təlim-mentorluq proqramı keçirilib. “Elmin kommersiyalaşdırılması: startap layihələrinin formalaşdırılması və inkişafı” mövzusunda ADPU-nun Quba filialında təşkil olunan proqram regionda innovasiya və startap ekosisteminin inkişafına töhfə vermək məqsədi daşıyıb.
“Enterprise Azerbaijan” portalının rəhbəri, dosent İsa Qasımov startap layihələrinin ideyadan bazara çıxarılması, elmi tədqiqatların kommersiyalaşdırılması, startapların formalaşdırılması və inkişaf mərhələləri, eləcə də investisiya imkanları barədə ətraflı məlumat verib. Təlim iştirakçıları real nümunələr əsasında praktiki biliklər əldə edib, öz layihələrini daha sistemli qurmaq imkanı qazanıblar.
Sonra “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramı ilə bağlı infosessiya keçirilib. Bildirilib ki, təlimlər nəticəsində Qubada formalaşacaq startap layihələrinə də bu proqram çərçivəsində dəstək göstəriləcək.
Tədbirdə tərəfdaş qurumların nümayəndələri çıxış edərək regionda sahibkarlığın və innovativ təşəbbüslərin inkişafı istiqamətində görülən işləri, eləcə də bilik iqtisadiyyatının formalaşdırılmasında universitetlərin rolunu vurğulayıblar.
QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov bildirib ki, sahibkarlığın inkişafı üçün regionlarda praktiki təlimlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. ADPU-nun Quba filialının əməkdaşı, həmçinin Xınalıq Turizmin İnkişafına Dəstək İB-nin sədri Yusif Abayev də bölgə gənclərinin innovativ təşəbbüslərinin dəstəklənməsi istiqamətində “Enterprise Azerbaijan” portalının layihələrinin vacibliyini vurğulayıb.

Digər təlimlər
İİTKM və BMT “Qida təhlükəsizliyi” dərsliyini hazırlayır
“Enterprise Azerbaijan” portalının rəhbəri Naxçıvanda təlim keçib
“Enterprise Azerbaijan” portalı Sumqayıt Dövlət Universitetində təlim və infosessiya keçirib
“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsi ADDA-da təqdim olunub
“Enterprise Azerbaijan” portalı ADPU-da “Startup School 4” layihəsini təqdim edib
“Startup School Naxçıvan” layihəsi çərçivəsində təlim və mentorluq proqramına start verilir
“Enterprise Azerbaijan” portalının rəhbəri Qubada təlim keçib
“Startup School” Xankəndidə keçirildi