Lətif  Zeynallı

Lətif Zeynallı

Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi

(+99412) 521 25 35


26 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olub.

Təhsili

2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili alıb.

2013-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Elektron idarəetmə” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2017-2021-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktorantura təhsili alıb və 2023-cü ildə müdafiə edib.

2024-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Sahə iqtisadiyyatı” ixtisasında iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Əmək fəaliyyəti

2013-2024-cü illərdə “Xalq Sığorta” ASC-nin “Satış”, “Əməliyyat və Təkrarsığorta”  və “Biznesin inkişafı” idarələrində müxtəlif vəzifələrdə çalışıb.

2024-cü ilin oktyabr ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi olaraq çalışır.

Elmi və Pedaqoji fəaliyyəti

Yerli və beynəlxalq jurnallarda dərc olunmuş  20-dən çox elmi əsərin müəllifidir.

2018-2019-cu illərdə Qərbi Kaspi Universitetində “Biznes məktəbi” fakültəsində “Turizm və xidmət sferasında risklər və sığortalanma” fənnini tədris edib.

2018-2020-ci illərdə Azərbaycan Universitetində “Biznes və iqtisadiyyat” fakültəsində  “Sığorta işi” fənnini tədris edib.

2022-2023-cü illərdə Azərbaycan Texniki Universitetində MBA proqramı üzrə “Biznesin davamlılığı riskləri və sığorta” fənnini tədris edib.

2023-2024-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində MBA proqramı üzrə “Biznesin davamlılığı riskləri və sığorta” fənnini tədris edib.

2020-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında,  2024-cü ilin sentyabr ayından isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Qərbi Kaspi Universitetində pedaqoji fəaliyyətini davam etdirir.

2023-cü ildə “Daxili keyfiyyət təminatı mexanizmləri”, “Xarici keyfiyyət təminatı mexanizmləri” və “ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları” modullarını müvəffəqiyyətlə yekunlaşdıraraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin  ekspert bankının mütəxəssisləri siyahısına daxil olub.

"Professional Scrum Product Owner” (PSPO I) beynəlxalq sertifikatına malikdir.

Azərbaycan, ingilis və türk dillərini bilir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R