Vasif Əliyev
Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi
16 fevral 1999-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.
Təhsili
2016-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb;
2021-2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və İdarə olunması ixtisası üzrə magistr təhsili alıb.
Əmək fəaliyyəti
2022-ci ildə əmək fəaliyyətinə “Bank of Baku ASC” şirkətində mütəxəssis vəzifəsində başlayıb.
2024-cü ilin iyul ayından etibarən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi olaraq işə başlayıb.
Məhsul idarəetməsi, analitika, vizuallaşdırma sahələrində bilik və təcrübəyə malikdir.
SQL sorğu dili və BI proqramlarında işləmə bacarığına sahibdir.
Azərbaycan, ingilis və rus dillərini bilir.