Səbinə Cumazadə

Səbinə Cumazadə

Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini

(+99412) 521 25 35


17 dekabr 1993-cü ildə Gəncə şəhərində anadan olub.

Təhsili

2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dünya iqtisadiyyatı ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda ingilis dilində bakalavr təhsili alıb.

2014-2016-cı illərdə Qafqaz Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr təhsili alıb.

2017-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında ümumi iqtisadiyyat ixtisası üzrə doktorantura təhsili alıb.

Əmək fəaliyyəti

2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyində İqtisadi İnkişaf və Əməkdaşlıq İdarəsində təcrübəçi olub.

2018-2023-cü illərdə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının müəllimi vəzifəsində çalışıb.

2023-cü ilin iyun ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi, avqust ayından İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi, noyabr ayından isə Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini vəzifəsində çalışır.

Yerli və beynəlxalq mətbuatda dərc olunmuş 20-dən çox məqalə və tezisin müəllifidir.

“Eviews”, “Stata” və "SPSS" proqramlarında işləmə bacarığına malikdir.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, üç övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R