İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Kapital Bankın birgə təşkilatçılığı ilə 3 iyul 2021-ci il tarixində Şamaxı rayonunda “Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” mövzusunda təlim keçiriləcəkdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16.11.2020 tarixli 448 № li Qərarı ilə təsdiq olunan “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.
Qeyri-neft məhsullarının ixrac qeydi ilə satışını həyata keçirən istehsalçı və ixracatçıları əhatə edən təlim, sözügedən təşviq alətinin üstünlükləri və ixrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi prosesi, o cümlədən “Malların ixrac qeydi ilə satış qaiməsi”nin yazılmasını özündə əhatə edir.
Tədbir dövlət-özəl əməkdaşlığı çərçivəsində sahibkarlar üçün ödənişsiz həyata keçiriləcək. Tədbirdə iştirak edən sahibkarların Şamaxı rayonunda yerləşən Tədris Mərkəzinə aparılması, çay və nahar fasilələri, habelə təlimdən sonra Şamaxı rayonunda gəzintinin həyata keçirilməsi (ödənişsiz əsaslarla) nəzərdə tutulur.
Qeyd edilən link vasitəsilə qeydiyyatdan keçən şəxslər 3 iyul 2021-ci il Şamaxı rayonunda “Malların ixrac qeydi ilə satışı Qaydası və vergitutma məsələləri” mövzusunda təlimin gündəliyi ilə tanış ola bilərlər.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcəkdir.
Mobil: (+994 50) 254 29 27 Ünvan
Şamaxı rayonu, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi

Other Training
An info session was organized with Mingachevir State University within the framework of "Startup School 4"
The "Enterprise Azerbaijan" portal held training at AMU within the framework of the "Startup School 4" project
The "Enterprise Azerbaijan" portal conducted training for students of Ganja State University
The "Enterprise Azerbaijan" portal held an info session and training on the "Startup School 4" project at ASOIU
The "Enterprise Azerbaijan" portal held a training and info session in Guba
CAERC and the UN are developing a "Food Safety" textbook
The Head of the "Enterprise Azerbaijan" portal conducted training in Nakhchivan
The “Enterprise Azerbaijan” portal held a training and info session at Sumgait State University