Şamaxıda malların ixrac qeydi ilə satışı qaydalarına həsr olunan təlim keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Kapital Bankın birgə təşkilatçılığı ilə 3 iyul 2021-ci il tarixində Şamaxı rayonunda “Malların ixrac qeydi ilə satışı qaydası və vergitutma məsələləri” mövzusunda təlim keçiriləcəkdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16.11.2020 tarixli 448 № li Qərarı ilə təsdiq olunan “Malların ixrac qeydi ilə satışı Qaydası” Azərbaycan Respublikası ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.
Qeyri-neft məhsullarının ixrac qeydi ilə satışını həyata keçirən istehsalçı və ixracatçıları əhatə edən təlim, sözügedən təşviq alətinin üstünlükləri və ixrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi prosesi, o cümlədən “Malların ixrac qeydi ilə satış qaiməsi”nin yazılmasını özündə əhatə edir.
Tədbir dövlət-özəl əməkdaşlığı çərçivəsində sahibkarlar üçün ödənişsiz həyata keçiriləcək. Tədbirdə iştirak edən sahibkarların Şamaxı rayonunda yerləşən Tədris Mərkəzinə aparılması, çay və nahar fasilələri, habelə təlimdən sonra Şamaxı rayonunda gəzintinin həyata keçirilməsi (ödənişsiz əsaslarla) nəzərdə tutulur.
Qeyd edilən link vasitəsilə qeydiyyatdan keçən şəxslər 3 iyul 2021-ci il Şamaxı rayonunda “Malların ixrac qeydi ilə satışı Qaydası və vergitutma məsələləri” mövzusunda təlimin gündəliyi ilə tanış ola bilərlər. Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcəkdir.
Qeydiyyat və gündəliklə tanış olmaq üçün link: https://bit.ly/358W6wH






Op-eds
Isa Gasimov
Head of the “Enterprise Azerbaijan” portal
Crowdfunding: New Perspectives in Startup Financing in Azerbaijan
Elnur Alakbarov
Deputy head of the Economic analysis division
New Action Plan on Employment: Digitalization and Result-Oriented Management
Abdulrahim Dadashov
Deputy head of the Monitoring and evaluation division
Agricultural support mechanisms will create new opportunities for farmers and exporters
Ilyas Huseynov
Head of the Turkic World Research Center
Large-Scale Modernization of the Baku-Tbilisi-Kars Railway: A New Strategic Phase in the Middle Corridor and Eurasian Connectivity
Rashad Najafli
Deputy head of the Economic analysis division
Azerbaijan: A Guarantor of Peace and Security in the South Caucasus
Isa Gasimov
Head of the “Enterprise Azerbaijan” portal
Transition to an Innovation Ecosystem: Azerbaijan’s Strategic Choice
Gultaj Ahmadzada-Tapdigzada
Head of Sector at the Monitoring and Evaluation Division
Strategic Targets of Azerbaijan’s Energy Transformation