“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib

“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayı təqdim edilib. 2020-ci ilin doqquz ayı ərzində Azərbaycandan 10,6 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə  1,3 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyaya 485,9 milyon, Türkiyəyə 252 milyon, İsveçrəyə 166,1 milyon, Gürcüstana 99,6 milyon və Çinə 33,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor -  167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları)  ikinci və pambıq mahlıcı  (82,7 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 milyon, pambıq lifi ixracı 83,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 milyon, kimya sənayesi məhsullarının ixracı 60,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 milyon,  plastmassa və onlardan hazırlanan məmulatların ixracı 122,4 milyon, pambıq ipliyi ixracı 12 milyon,  spirtli və spirtsiz içkilərin ixracı 9 milyon, şəkər ixracı 12,4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı 17,3 milyon, çay ixracı 6,7 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac isə 129,5 milyon ABŞ dolları təşkil edib. 2020-ci ilin sentyabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 30,5 faiz, qeyri-yeyinti sektoru üzrə isə 74,2 faiz təşkil edib. Yeyinti məhsullarının ümumi ixracda payı keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıb.

Bu ilin sentyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (35,7 milyon ABŞ dolları), İsveçrəyə (27,8 milyon ABŞ dolları), Türkiyəyə (25,1  milyon ABŞ dolları), Gürcüstana (7,6 milyon ABŞ dolları) və İran (6,9 milyon ABŞ dolları)  ixrac edilib.

2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (25,8 milyon) birinci, elektrik enerjisi (9,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı – (8,3 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

“İxrac İcmalı”nın oktyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də təqdim edilib Bu ilin yanvar-sentyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,  “Socar Polymer” MMC, "Land Lojistic" MMC,  "MKT İstehsalat Kommersiya" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC, "Fruit Store" MMC, "Baku Steel Company", "Fruit City Group" MMC və “P-Aqro” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.  Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan  MR Dövlət Energetika Xidməti və “Kaspian Drilinq Kompani Limited” MMC. 

 “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. 2020-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 30,9 milyon ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artım deməkdir. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2020-ci ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 11 ölkəsinə 522 min ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.

 “İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub. Bunun nəticəsində 2020-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,6  milyon milyon manat təşkil edib. 2020-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 354,2 milyon manatlıq əməliyyat aparıb.

“İxrac İcmalı”nda 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 462,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub və ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artıb. 2020-ci ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 33 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 sentyabr tarixinə kimi (45 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 47 milyon ABŞ dolları təşkil edib.    

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 15 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 148,6 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

"İxrac İcmalı" ilə iqtisadiislahat.org saytının "İcmallar" bölümündə tanış ola bilərsiniz.

“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib
“İxrac İcmalı”nın oktyabr sayı təqdim edilib

Font size

A A A

Site color

R R R