“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib

“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında göstərilib ki, 2020-ci ilin ilk on bir ayı ərzində Azərbaycanın ixracı 13,1 milyard ABŞ dollar olub. Qeyri-neft sektoru üzrə  1,6 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 milyon ABŞ dolları və ya 8 faiz azalıb.

 Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 628,1 milyon, Türkiyəyə 320,6 milyon, İsveçrəyə 201,3 milyon, Gürcüstana 117 milyon və Çinə 41,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (190,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 183,7 milyon ABŞ dolları)  ikinci və pambıq mahlıcı  (110,7 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 549,5 milyon, pambıq lifi ixracı 111,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı  97,4 milyon,  kimya sənayesi məhsullarının ixracı 76,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,6 milyon,  pambıq ipliyi ixracı 15 milyon,  spirtli və spirtsiz içkilərin ixracı 10,9 milyon, şəkər ixracı  21.4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı 22 milyon, çay ixracı 8,5 milyon ABŞ dolları təşkil edib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 1,4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 33,1 faiz, çay ixracı 0,5 faiz artıb.

2020-ci ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 193,7 milyon ABŞ dolları təşkil edib. 2020-ci ilin noyabr ayında  qeyri-neft sektorunun ümumi ixracda payı 23,4 faiz təşkil edib. Ötən dövrlə müqayisədə bu rəqəm 9,3 faiz çoxdur. 2020-ci ilin noyabr  ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 50,3 faiz, qeyri-yeyinti sektoru üzrə isə 49,7 faiz təşkil edib.

Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (77,5 milyon ABŞ dolları), Türkiyəyə (35,1 milyon ABŞ dolları), İsveçrəyə (24,8 milyon ABŞ dolları), Gürcüstana (7,9 milyon ABŞ dolları) və İtaliya (7,3 milyon ABŞ dolları)  ixrac edilib.

 “İxrac İcmalı”nın dekabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2020-ci ilin 11 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC,  "Almeyvə" MMC, "Baku Steel Company", “Aqrovest” MMC və " Fruit Store" MMC.

 Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Azəripək” MMC.

 “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. 2020-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 41,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 3,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac həyata keçirilib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-noyabr aylarında xidmət ixrac etdiyi əsas ölkələr Fransa, Birləşmiş Krallıq, ABŞ, Malayziya və BƏƏ-dir.

“İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. 2020-ci ilin noyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23,2 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 402,3 milyon manatlıq əməliyyat aparıb.

“İxrac İcmalı”nda 2020-ci ilin yanvar-noyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına 553,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin noyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 41,1  milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 noyabr tarixinə kimi (47 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 138 milyon ABŞ dolları təşkil edib.    

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin dekabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,3 milyon ABŞ dolları olub.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir. "İxrac İcmalı" ilə iqtisadiislahat.org saytının "İcmallar" bölümündə tanış ola bilərsiniz.

“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib
“İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayı təqdim edilib

Font size

A A A

Site color

R R R