Aygün Əhmədova

Aygün Əhmədova

Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi

(+99412) 521 25 35


14 avqust 1981-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub.

Təhsili

1999-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment (mühəndis iqtisadiyyatı və idarəetmə) ixtisası üzrə bakalavr təhsili alıb.

2003-2005-ci illərdə Qafqaz Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr təhsil alıb və bu ixtisası fərqlənmə diplomu ilə bitirib.

Pedoqoji fəaliyyəti

2014-cü ildə Azərbaycan Turizm və Menecment Universitetində Təbiət elmləri və informasiya texnologiyaları kafedrasında müəllim vəzifəsində çalışıb.

Yerli və beynəlxalq jurnallarda dərc olunmuş 20-dən çox elmi məqalə və tezisin müəllifidir.

Əmək fəaliyyəti

2003-2006-cı illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq Münasibətlər, İnformasiya və Koordinasiya laboratoriyasında mütəxəssis,

2006- 2014-cü illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda İnformasiya Cəmiyyəti şöbəsinin böyük elmi işçisi,

2014-2020-ci illərdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf  və Nəqliyyat Nazirliyində İnnovasiyalar və rəqəmli inkişaf şöbəsində məsləhətçi, aparıcı, böyük və baş məsləhətçi,

2020-2022-ci illərdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzində Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini və müdir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən,

2019-2022-ci illərdə Beynəlxalq Telekommunikasiya İttifaqının İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti və Dayanıqlı İnkişaf İşçi Qrupunun sədr müavini,  

2022-2024-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin Təhlil və monitorinq şöbəsində strateji sənədlər üzrə mütəxəssis vəzifələrində çalışıb.

2024-cü ilin iyul ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.

Sinqapurun “Ağıllı Millət:Tətbiqetmə Strategiyası” Proqramının məzunudur.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Ailəlidir, 1 övladı var.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R