28 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub.
Təhsili
2015-2020-ci illərdə ADA Universitetinin biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alıb və fakültəni fərqlənmə diplomu ilə bitirib.
2020-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında davamlı inkişafda insan potensialı ixtisası üzrə magistratura təhsili alıb və fakültəni fərqlənmə diplomu ilə bitirib.
2025-ci ilin dekabr ayında “McKinsey Foward Program”nın məzunu olub.
Pedaqoji fəaliyyəti
2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İnzibati idarəetmə” kafedrasında müəllim olaraq çalışıb.
Əmək fəaliyyəti
2020-2021-ci illərdə Elm və Təhsil Nazirliyi nəzdində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunda rəhbər köməkçisi,
2021-2023-cü illərdə Elm və Təhsil Nazirliyi nəzdində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunda marketinq və kommunikasiya üzrə mütəxəssis,
2023-2025-ci illərdə isə Elm və Təhsil Nazirliyi nəzdində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunda layihə rəhbəri vəzifəsində işləyib.
2026-cı ilin yanvar ayından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçi olaraq çalışır.
Azərbaycan, ingilis və türk dillərini bilir.
