Naila Jafarova

Naila Jafarova

DevOPS engineer

(+99412) 521 25 35


29 may 1984-cü ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub.

Təhsili

2002-2007-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr təhsili alıb.

2024-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr (MBA) təhsili alır.

Dövlət Qulluğu üzrə BB3 sertfikatına malikdir.

Dyuk Universitetinin “Renewable Energy and Green Building Entrepreneurship” (Bərpa olunan enerji və yaşıl tikinti sahibkarlığı);

İrvayn Kaliforniya Universitetinin  “Essentials of Management and Strategic Planning”(İdarəetmənin əsasları və strateji planlaşdırma üzrə fundamental biliklər) ;

Miçiqan Universitetinin “Generative AI in Business: Planning Framework for Implementation”
(Süni intellektin biznes proseslərinə inteqrasiyası üzrə strateji planlaşdırma çərçivəsi)

akademik proqramlarında iştirak edib və müvafiq sahələr üzrə beynəlxalq sertifikatlar alıb.

Əmək fəaliyyəti

2018-2023-cü illərdə  “CELC English Academy” tədris mərkəzində pedaqoq olaraq fəaliyyət göstərib.

2024-cü ildə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində iqtisadi təhlil şöbəsində, 2025-ci ildə monitorinq və qiymətləndirmə şöbəsində təcrübə keçib.

2025-ci ilin may ayından Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “DevOps” mühəndisi vəzifəsində işləyir.

Azərbaycan, ingilis, rus və türk dillərini bilir.

Ailəlidir, iki övladı var.

Font size

A A A

Site color

R R R