İxtisaslaşmış turizm və əyləncə sektoru üzrə İşçi qrupun toplantısı keçirilib

İxtisaslaşmış turizm və əyləncə sektoru üzrə İşçi qrupun toplantısı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin müzakirələri çərçivəsində "İxtisaslaşmış turizm və əyləncə sektoru" üzrə İşçi qrupun toplantısı keçirilmişdir. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Turizm və Menecment Universiteti və turizm sənayesinin nümayəndələri müzakirələr aparmışdılar. Azərbaycanda turizm sektorunun güclü və zəif tərəfləri, mövcud dinamik inkişafın səbəbləri və problemlər müzakirə olunmuşdur. Turizm strategiyasının dörd inkişaf istiqaməti qeyd edilmişdir: institusional strukturun inkişafı, infrastrukturun inkişafının gücləndirilməsi, Azərbaycanda turizm məhsullarının müxtəlifliyi və turizm məkanı olan Azərbaycanın marketinq və kommunikasiya sistemində peşəkarlığın artırılması. Müzakirələr nəticəsində Azərbaycan turizmi üçün dörd əsas prinsip müəyyənləşdirilmişdi: davamlılıq, rəqabətlilik, xidmətin keyfiyyəti və qiyməti, dövlət və özəl sektorlar arasında əməkdaşlıq. İşçi toplantının nəticəsində əldə olunan təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin hazırlanması üçün təklif edilmişdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin hazırlanması üçün bütün istiqamətlərdə işçi qrupları fəaliyyət göstərir.

İxtisaslaşmış turizm və əyləncə sektoru üzrə İşçi qrupun toplantısı keçirilib

Font size

A A A

Site color

R R R