İpoteka kreditləşməsində yeniliklər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu”nun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasını, “Azərbaycan İpoteka Fondu”nun Nizamnaməsini və ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında Fərmanları imzalayıb. Beləliklə, həm institutsional, həm də sosial-iqtisadi əhəmiyyəti olan addım atılmışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı islahat tədbirlərini şərh etmişdir:
Yeni qaydalara əsasən İpoteka Fondunun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, sədrinin və onun müavininin vəzifəyə təyin və azad edilməsi, Fondun yenidən təşkili və ləğvi məsələləri Prezidentin müstəsna səlahiyyətinə aid edilmişdir.
Yeniliklərdən biri də “Elektron hökümət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və 2017-ci ilin yanvar ayının 1-dən tətbiq edilməsinin nəzərdə tutulmasıdır. Beləliklə, bu sahədə səmərəlilik, hesabatlılıq və şəffaflığın daha artırılması mümkün olacaqdır. Bundan isə ən çox Azərbaycan vətəndaşı qazanır.
Bundan başqa, ipoteka kreditlərinin verilməsinə dair tələblərin daha sosial yönümlü, reallığa uyğun olması diqqəti cəlb edən məqamlardandır. Belə ki, yeni qaydaya əsasən kreditin maksimal məbləğinin ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilməsi, güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrinin Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunması müsbət yeniliklərdəndir.
Cəmiyyət tərəfindən təşkil olunan “Elektron ipoteka” sistemi ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatlar, kredit almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi, ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində ona münasib görüş vaxtını seçməklə göndərilməsi və qeydiyyata alınması, ödənişlərin elektron formada həyata keçirilməsi və s. kimi yenilikləri əks etdirir.
Dəyişkliklər nəticəsində Azərbaycan vətəndaşlarının daha geniş təbəqələri ipoteka kreditindən yararlanacaq. Məsələn, gənc ailənin üzvü olan aşağıdakı şəxslər ipoteka alacaqlar: şəhid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkün, ən azı 3 il dövlət qulluğunda qulluq edən şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs və fəlsəfə doktoru. Bu ildən ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs də ipoteka ala biləcək. Bundan başqa elmlər doktoru, ən azı 15 il dövlət qulluğunda olan şəxs, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular da güzəştli ipoteka krediti ala biləcəklər. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə də ipoteka ayrılacaq.
Yeni ipoteka qaydalarında əhalinin xeyrinə olan daha bir məsələ kreditin məbləğinin mənzilin qiymətinin 85 faizinədək artırılmasıdır. Əvvəllər bu məbləğ 80 faiz idi.
Yeni qayda ilə ipoteka krediti daha çox orta və aztəminatlı insanlar üçün əlçatar olacaq. Belə ki, ipoteka krediti ilə bahalı ev almaq mümkün olmayacaq: güzəştli ipoteka yalnız orta bazar qiymətindən baha olmayan "kupça"lı mənzillərə veriləcək. Əslində bu il 11 aprel tarixində yaradılmış Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) də daha çox orta və aztəminatlı təbəqə üçün mənzil təminatını prioritet seçmişdir. Azərbaycan dövləti uyğun qiymətə mənzillə təminat məsələsini "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində də təsbit etmişdir. Deməli, dövlət qısa, orta və uzunmüddətli dövrdə əhalinin mənzillə təminatı məsələsini prioritet istiqamət kimi saxlayacaqdır.
Ümumilikdə, güzəştli ipoteka kreditinin verilməsi qaydalarında dəyişiliklər bu sahədə sistemli və davamlı islahatlar aparılmasını göstərir.









Op-eds
Ilkin Gasimov
Chief advisor of the Economic analysis division
New Financial Model for Resource Allocation in General Education
Baghish Ahmadov
Advisor to the Executive director of the Center for Analysis of Economic Reforms and Communication
Azerbaijan International Investment Forum: Investment Cooperation and National Development Priorities
Abdulrahim Dadashov
Deputy head of the Monitoring and evaluation division
Environmental Responsibility is One of the Key Conditions in the Development of the Mining Industry
Latif Zeynalli
Head of State Programs Division
Development of Competition Will Create New Opportunities for Sustainable Economic Growth
Orkhan Sadigov
Head of the Monitoring and evaluation division
A New Approach to Managing Off-Budget Funds Will Strengthen Financial Discipline
Elshan Yusifli
Head of the Monitoring of sectoral programs sector
New Changes to Nakhchivan’s State Programme: Export, Logistics and Social Mechanisms Improved
Abdulrahim Dadashov
Deputy head of the Monitoring and evaluation division
New Law Strengthens the Sustainable Development and Digital Monitoring of the Fisheries Sector