Meeting Held at CAERC on the Implementation of the State Program on Tourism Development
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görüş keçirilib.
Görüşdə Dövlət Proqramının Tədbirlər Planı üzrə monitorinq və qiymətləndirmə çərçivəsinin formalaşdırılması, o cümlədən nəticə indikatorlarının, ölçü vahidlərinin, baza və illər üzrə hədəf göstəricilərinin müəyyənləşdirilməsi, həyata keçiriləcək layihələrin siyahısının formalaşdırılması, eləcə də icraçı qurumlar arasında koordinasiya məsələləri müzakirə olunub.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxış edərək Dövlət Proqramının monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamından, eləcə də bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Sərəncamdan irəli gələn vəzifələr barədə məlumat verib. Dövlət Proqramının monitorinq və qiymətləndirmə prosesinin “e-monitorinq” portalında yaradılacaq müvafiq Modul vasitəsilə rəqəmsal formada həyata keçiriləcəyi bildirilib.
İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Simrah İsmayılova Tədbirlər Planının strukturu, prioritet istiqamətləri və monitorinq yanaşması ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda nəticələrə əsaslanan monitorinq modeli, Dövlət Proqramının 2030-cu il üzrə hədəfləri ilə Tədbirlər Planı arasındakı əlaqə, həmçinin tədbirlərin əsas icraçı qurumlar üzrə bölgüsü barədə məlumat verilib.
Həmçinin Dövlət Proqramı çərçivəsində müəyyən ediləcək layihələr üzrə məlumatların sistemə daxil edilməsi və izlənilməsi mexanizmləri təqdim edilib. Görüşdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əsas və digər icraçı orqanlarının (qurumlarının) nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.








Op-eds
Aykhan Gadashov
Head of the Azexport portal
“Geoeconomic Stability Corridor”: The $1 Billion Trade Target with Uzbekistan Opens New Horizons for Business
Isa Gasimov
Head of the “Enterprise Azerbaijan” portal
Crowdfunding: New Perspectives in Startup Financing in Azerbaijan
Elnur Alakbarov
Deputy head of the Economic analysis division
New Action Plan on Employment: Digitalization and Result-Oriented Management
Abdulrahim Dadashov
Deputy head of the Monitoring and evaluation division
Agricultural support mechanisms will create new opportunities for farmers and exporters
Ilyas Huseynov
Head of the Turkic World Research Center
Large-Scale Modernization of the Baku-Tbilisi-Kars Railway: A New Strategic Phase in the Middle Corridor and Eurasian Connectivity
Rashad Najafli
Deputy head of the Economic analysis division
Azerbaijan: A Guarantor of Peace and Security in the South Caucasus
Isa Gasimov
Head of the “Enterprise Azerbaijan” portal
Transition to an Innovation Ecosystem: Azerbaijan’s Strategic Choice