İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı BMT ilə birgə “Dövlət idarəçiliyinin təkmilləşdirilməsində monitorinq və qiymətləndirmənin rolu: Azərbaycan təcrübəsi” mövzusunda təşkil olunan müzakirədə çıxış edəcək. Onlayn görüş İİTKM və BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan nümayəndiliyi ilə birgə təşkil olunub.
Vebinar zamanı əsasən strategiyaların və milli proqramların monitorinqi və qiymətləndirilməsi üçün institusional potensialın yaradılması prosesində danışılacaq. Bundan başqa Azərbaycanda dövlət xərclərinin effektivliyini artırmaq üçün qurumların nəticəəsaslı fəaliyyətə üstünlük verməsi xüsusi vurğulanacaq.
Vebinar may ayının 31-i saat 11-də keçiriləcək
Qeydiyyat üçün link: https://bit.ly/2PYfp7Y