25 February 2021, 12:00

Çinin "HangzhouBoosterTechCo.Ltd."şirkəti “Azexport.az” portalı tərəfindən biznes subyektlərinə təqdim olunan xidmətlərə dair məqalə dərc edib.  Məqalədə Azexport.az portalının fəaliyyəti geniş işıqlandırılıb.  Bildirilib ki, portalın fəaliyyətə başlamasından sonra “Made in Azerbaijan” brendi adı altında istehsal olunan məhsulların elektron ticarət platformalarında təmsil olunması sürətlə artmış, ixrac coğrafiyası genişlənib. 

 Alibaba.com elektron ticarət platformasının ilk rəsmi tərəfdaşı olan “Hangzhou Booster Ltd” kiçik və orta biznes subyektlərinin dəstəklənməsi məqsədi ilə yaradılıb. Şirkət bu məqsədlə bizneslərin elektron ticarət platformalarından istifadə etməklə beynəlxalq arenada daha yüksək səviyyədə təmsil olunması istiqamətində xidmətlər təqdim edir. Hazırda platforma internet saytların hazırlanması, dizayn olunması, “key word” və “SEO” optimallaşdırılması kimi sahələrdə məsləhət xidmətləri göstərir.  

Məqalə ilə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://bit.ly/3uKZwS2


Center for Analysis of Economic Reforms and Communication
www.ereforms.gov.az