İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Dr.Vüsal Qasımlı bu il oktyabrın 5-6 tarixlərində Asiya İnkişaf Bankının dəvətilə Yaponiyanın paytaxtı Tokio şəhərinə səfərdə olacaq. V.Qasımlı "Mərkəzi və Qərbi Asiyada inklüziv inkişaf üçün yaxşı iş" mövzusunda konfransda iştirak edəcək. İİTKM-in İcraçı direktoru Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar haqqında çıxış etməyi planlaşdırır. V.Qasımlının məruzəsində Azərbaycanda məşğulluq və sahibkarlığın inkişafı ilə bağlı məsələlər də öz əksini tapacaqdır.