İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi çərçivəsində “Maliyyə Xidmətləri” mövzusunda alt işçi qrupun toplantısı keçirilib.
Toplantıda Prezident Administrasiyası, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İqtisadiyyatın artımını dəstəkləyə bilən dinamik və sağlam maliyyə institutları, səmərəliliyin artırılması məqsədilə maliyyə infrastrukturunun gücləndirilməsi və əhalinin maliyyə savadlılığının artırılması çərçivəsində potensial tədbirlərin həyata keçirilməsi ilə əlaqədar təkliflər səsləndirilmişdir. Bundan əlavə, bank sektorunda rəqabətliliyin artırılması məqsədilə irəli sürülən təkliflər müzakirə olunmuşdur.
Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün işçi qrupa təqdim edilib.