İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Komunal xidmətlər" alt işçi qrupunun müzakirəsi keçirilmişdir. Müzakirələrdə Prezident Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq və yerli qurumların nümayəndələri iştirak ediblər. Orta və uzun müddət üçün sektor strategiyası, institusional islahatlar və korporativ strukturun inkişafı məsələləri müzakirələrdə qeyd olunmuşdur. Vurğulanmışdır ki, infrastruktur sahələri üzrə əsas dövlət müəssisələrinin fəaliyyətinin nəticələri üçün müddətlər və hədəflər müəyyən edilməlidir. Dövlət tərəfindən vəsaitin ayrılması isə dövlət müəssisələri üçün stimulların yaradılmasından ötrü fəaliyyətin nəticələrinə əsaslanmalıdır. Fəaliyyətin nəticələri üzrə hədəflər 2 kateqoriyaya bölünür: əməliyyat və institusional hədəflər.
Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün işçi qrupa təqdim edilib