22 July 2016, 10:35

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Telekommunikasiya" alt-işçi qrupunun  "Strateji Baxış: Telekommunikasiya Sektoru " adlı müzakirəsi baş tutmuşdur.
 Tədbirdə İKT sektorunun təşviqi üzrə Azərbaycanın MDB məkanında birinci yeri tutduğu, qlobal İnformasiya Texnologiyası Hesabatı 2015-sənədində isə ölkəmizin Şəbəkəyə Qoşulma Hazırlığı İndeksində 149 ölkəarasında 57-ci yerdə olması və bu indeksdə aşağı balın sektorda tənzimləmə mühiti və istifadə dərəcəsi indikatoruna görə alınması vurğulandı. Bundan başqa qeyd edilmişdir ki, UNDP-nin ölkə üzrə hesabatında 2014-cü ildə İKT sektoru xarici investisiyalarda payına görə ölkədə neft sənayesindən sonra ikinci yerdə göstərilmişdir. 2014-2020-ci illəri əhatə edən İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Milli Strategiya  UNDP-nin dəstəyi ilə hazırlanmış və 2014-cü ildə qəbul edilmiş, E-hökumət təhsili ilə bağlı 17 dekabr 2015-ci ildə AR Nazirlər Kabineti qərarı ilə “E-hökumət Təhsili və Təlim Mərkəzi MMC” yaradılmışdır. Ölkədə “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır ki, bununla 2014-cü ildən başlayaraq start-up şirkətlərə qrantlar və sahibkarlara kreditlər verilmişdir.
Tədbirdə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" üçün səslənən təkliflər sistemləşdirilərək İşçi qrupuna təqdim olunmuşdur.


Center for Analysis of Economic Reforms and Communication
www.ereforms.gov.az