11 June 2016, 11:02

Azərbaycan Respublikasının Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşəbbüsü ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə strateji yol xəritəsi"nin Gəncə şəhərində ictimai müzakirəsi təşkil edilmişdir.İctimai müzakirələrə Gəncə şəhəri ilə yanaşı Goranboy,Samux, Şəmkir və Göygöl rayonlarının da ictimaiyyət nümayəndələri fəal iştirak etmişlər.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov, Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, MM-in Komitə sədri Ziyad Səmədzadə və ADA Universitetinin prorektoru Emin Hüseynov məruzə ilə çıxış etmişlər.Sonra bölgə sahibkarları, ziyalılar və ictimaiyyət nümayəndələri Milli iqtisadiyyət və iqtisadiyyatın başlıca sektorları üzrə strateji yol xəritəsinin vacibliyini vurğulamaqla təkliflərini bildirmişlər.


Center for Analysis of Economic Reforms and Communication
www.ereforms.gov.az