11 June 2016, 11:12

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin ictimai müzakirələri davam edir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti tədbiri Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Fizuli və Xocəvənd rayonlarının ictimaiyyətinin  iştirakı ilə keçiriblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin 16 mart 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Strateji yol xəritəsinin başlıca istiqamətləri iqtisadiyyatın uzunmüddətli dönəmdə davamlı inkişafını təmin edəcəkdir. Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Azərbaycan Respublikası Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" barədə məlumat verərək sənədin qısa, orta və uzunmüddətli dönəmdə əhəmiyyətini qeyd etmişdilər. Sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və bölgə ictimaiyyətinin nümayəndələri sənədə dair rəy və təkliflərini veriblər.


Center for Analysis of Economic Reforms and Communication
www.ereforms.gov.az