06 April 2016, 11:12

Beynəlxalq Valyuta Fondu tərəfindən Azərbaycanın iqtisadi artımı yenidən qiymətləndirilmişdir. Fond ilin əvvəlində ÜDM-nin 3% səviyyəsində azalacağını proqnozlaşdırırdısa, hazırda proqnoz 2,4%-ə qaldırılıb.

"Təbii ki, devalvasiyalar iqtisadiyyata neqativ təsir edib. Amma ilin ikinci yarısından etibarən neft qiymətlərinin artması fonunda iqtisadi vəziyyətin bir qədər yaxşılaşacağını, tədiyyə balansının normallaşacağını proqnozlaşdırırıq", - BVF-nin rəsmisi M. əl-Qorçi qeyd edib. Lakin bununla belə gələcəkdə institutional islahatların aparılması ÜDM-in artımını ildə 4-5%-dək çatdıra bilər. Bundan əlavə, 2017-ci ildə qaz hasilatının artması ÜDM artımına müsbət təsir edəcək.


Center for Analysis of Economic Reforms and Communication
www.ereforms.gov.az