06 April 2016, 11:52

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ekspertlərinin hesabalamalarına görə, Azərbaycanda kapital yığımı ötən dövrdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olmaqla, potensial ÜDM artımına hər il 5,5%  töhfə vermişdir. ÜDM-ə əmək  0,5 faiz və ümumi məhsuldarlıq faktoru 1 faiz bəndi töhfə vermişdir. Birlikdə, xərc faktorları hər il potensial ÜDM artımını təxminən 7 faiz artırmışdır. Ümumi məhsuldarlıq faktorunun artırılması üçün özəl sektorun inkişafı əsasdır.


Center for Analysis of Economic Reforms and Communication
www.ereforms.gov.az