Beynəlxalq Valyuta Fondu Azərbaycan üçün iqtisadi artım proqnozunu yüksəldib

Beynəlxalq Valyuta Fondu Azərbaycan üçün iqtisadi artım proqnozunu yüksəldib

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda ÜDM-in 2.8% faiz artımını proqnozlaşdırır. Qeyd edək ki, keçən ilin oktyabr ayında dərc olunmuş hesabatda Azərbaycan üzrə bu göstərici 2.3 faiz olaraq qiymətləndirilib. Növbəti 2023-cü il üzrə BVF tərəfindən Azərbaycan iqtisadiyyatının 2.6% artımı nəzərdə tutulur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Coşqun Cəfərov məlumat verib. Analitik həmçinin qeyd edib ki, “Dünyanın iqtisadi mənzərəsi” adlı hesabatın “Müharibə qlobal bərpanı geri qaytarır” adlı aprel sayında dünya üzrə iqtisadi artım proqnozu 4.4%-dən 3.6%-ə endirilib. Buna əsas səbəblərdən biri Rusiya-Ukrayna müharibəsi və onun yaratdığı nəticələrin qlobal iqtisadi inkişafı əhəmiyyətli dərəcədə yavaşlatmasıdır.

Hesabatda inkişaf etmiş ölkələr qrupu üzrə iqtisadi artım gözləntiləri 2022-ci il üçün 3.9%-dən 3.3%-ə, 2023-cü il üçün isə 2.6%-dən 2.4%-ə endirilib.

Beynəlxalq Valyuta Fondu Azərbaycan üçün iqtisadi artım proqnozunu yüksəldib

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R