İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının 9-cu sayı hazırlanıb. Jurnalın bu sayında rəyçilər tərəfindən çapı məqsədəuyğun hesab edilmiş 10 məqaləyə və kitab barədə yazılmış bir rəyə yer verilib. Jurnalın sonuncu - 2023-cü il üzrə isə 4-cü sayında
- “Əmək məhsuldarlığı və təhsil xərcləri arasında empirik əlaqə: Azərbaycan nümunəsində”;
- “Kənd təsərrüfatı istehsalının milli inkişafda rolu və onu şərtləndirən amillər”;
- “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorun rəqəmsallaşdırılması”;
- “Dövlətin sosial xərclərinin səmərəliliyinin artırılması istiqamətində dünya təcrübəsinin öyrənilməsi: ABŞ və Finlandiya nümunəsində”;
- “Aqrar sektora dövlətin maliyyə dəstəyinin ərzaq təhlükəsizliyinə təsiri”;
- “Elektrotexnika müəssisələrinin strateji mövqeyinin qiymətləndirilməsinin SPACE matrisi”;
- “Yaşıl iqtisadiyyat” davamlı inkişafın təmin olunması vasitəsi kimi”;
- “Neft-qaz sənayesinin dayanıqlı inkişafına təsir edən amillər”;
- “USD/TL və AZN/TL məzənnələrinin dinamikasının kointeqrasiyası”;
- “Aviasiya trenajor kompleksinin marketinq biznes-proseslərinin təkmilləşdirilməsi” kimi mövzuları əhatə edən elmi-analitik məqalələr dərc olunub.
Qeyd edək ki, “İqtisadi islahatlar” elmi-analitik jurnalının 10-cu sayı üçün məqalə qəbuluna başlanıb. Jurnala təqdim olunan məqalələr "online first publication” prinsipinə uyğun olaraq və ödənişsiz dərc edilir.
Jurnalın çapdan öncəki variantı ilə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://bitly.ws/3eY6f.