13 fevral 2024, 16:35

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib.

Aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə yanaşı özəl sektor nümayəndələrinin də iştirak etdiyi görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri tərəfindən “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri və bu kontekstdə qarşıda duran əsas hədəflər barədə ümumi məlumat verilib.

İclas zamanı iştirakçılar beynəlxalq ticarətin asanlaşdırılması və biznes mühitinin yaxşılaşdırılması baxımından Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Beynəlxalq ticarət” indikatoruna aid sorğu vərəqəsi üzrə bütün sualları yenidən nəzərdən keçirməklə “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2024-cü il üçün Yol Xəritəsi”nin layihəsinə daxil edilməsi məqsədilə tədbirlərin formalaşdırılması istiqamətində müzakirələr aparıb.

Eyni zamanda, biznes mühitinin əlverişliliyinin artırılması ilə iqtisadi təhlükəsizliyin təmin edilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması və xarici ticarət iştirakçıları üçün əlverişli biznes şəraitinin formalaşdırılması istiqamətində mütəmadi tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda, “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2024-cü il üçün Yol Xəritəsi”nin layihəsinin ən qısa müddətdə yekun formasının hazırlanması və təqdim edilməsinin vacibliyi vurğulanıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az