15 yanvar 2024, 12:08

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi" işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Görüşdə işçi qrupunun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə geniş məlumatlar təqdim olunub. Bununla yanaşı olaraq, 2023-cü il üzrə Fəaliyyət Planı istiqamətində görülmüş işlərin effektivliyinin monitorinqinə dair təkliflər dinlənilib və 2024-cü il üzrə görüləcək tədbirlərlə bağlı yeni Fəaliyyət Planı layihəsi geniş şəkildə müzakirə olunub.

Nazir müavini R.İsmayılovun sədrliyi ilə keçirilmiş tədbirdə "Səhiyyə sistemi" işçi qrupu nümayəndələri tərəfindən aktiv şəkildə müzakirələr aparılıb və növbəti addımlar müəyyən olunub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az