28 dekabr 2023, 17:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin aparılmasına dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi əsasında görülən işlər müzakirə olunub.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərindən biri olaraq ölkəmizin əmək bazarında da müsbət trendlərin davam etdiyini bildirib. Son illər əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətlərində atılan addımları qeyd edib.  

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin aparılması ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsi əsasında görülən işlər diqqətə çatdırılıb. Ölkəmizdə son illər əmək qanunvericiliyinin təkmilləşdirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və s. istiqamətlərdə atılmış addımların beynəlxalq indekslərdə ölkəmizin əmək bazarı üzrə göstəricilərinin yüksəlməsinə töhfə verəcəyi vurğulanıb. 

Növbəti illərdə bu sahələrdə görüləcək tədbirlərə dair fikir mübadiləsi aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az