25 dekabr 2023, 11:30

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) coğrafi informasiya sistemlərinin (CİS) monitorinqlərin və elmi tədqiqatların aparılmasında istifadə imkanları ilə bağlı görüş keçirilib. İİTKM-in Monitorinq və qiymətləndirmə və İqtisadi təhlil şöbələrinin əməkdaşlarının iştirak etdikləri görüşdə CİS üzrə ekspert Dr. Rauf Amanov CİS barəsində məlumatları özündə ehtiva edən təqdimatla cıxış edib, bu sistemlərdən istifadənin üstünlükləri barədə məlumat verib.

İİTKM-in əməkdaşları qeyd edilən sistemlərin dövlət strategiyaları və proqramlarının, tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsində tətbiqi imkanlarını müzakirə ediblər. Bununla yanaşı, görüşdə CİS-dən istifadə etməklə sosial-iqtisadi tədqiqatların aparılması üçün imkanlar dəyərləndirilib, ətraflı fikir mübadiləsi aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az