İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qlobal və regional inkişaf: Cənubi Qafqaz regionunun iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda məruzəçi qismində iştirak edib. O, konfransda “Azərbaycan: Orta dəhlizin əsas drayveri” mövzusunda çıxış edib.
Qeyd edək ki, beynəlxalq elmi-praktiki konfransda Türkiyə və Azərbaycanın tanınmış alimləri, beyin mərkəzlərinin və ali təhsil müəssisələrinin rəhbərləri, professorları məruzəçi qismində iştirak ediblər.