15 dekabr 2023, 17:59

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayı keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı qurultayın “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”” adlı panelində moderator olub.

Paneldə Elm və Təhsil Nazirliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun və Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin rəhbərliyi çıxışlar ediblər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az