30 noyabr 2023, 17:08

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış “İnnovasiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin müzakirə edilməsi məqsədilə “Texnologiya və innovasiyalar” işçi qrupu çərçivəsində onlayn formatda iclas keçirilib.

İclasda işçi qrupun rəhbərliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər dövlət qurumlarının məsul şəxsləri iştirak ediblər.

İclasda qanun layihəsi ilə bağlı təkliflər səsləndirilib və layihənin təkmilləşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin səlahiyyətli nümayəndələrinə suallar verilib.

Eyni zamanda, işçi qrupun üzvlərinin rəy və təkliflərinin nəzərə alınması məqsədilə qanun layihəsinə işçi qrupun üzvləri tərəfindən münasibət bildirilməsi barədə müvafiq tapşırıq verilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az