20 noyabr 2023, 14:27

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmlər doktoru, professor Vüsal Qasımlı Oksford Universitetində təhsilini başa vuraraq diplom alıb. O, Oksfordda Şeldonian teatrında təşkil olunan məzunlara diplomların təqdimedilməsi mərasiminə qatılıb.

Qeyd edək ki, V.Qasımlı Oksford Universitetində Said Biznes Məktəbində “Strategiya və innovasiya” üzrə birillik (postgraduate) diplom proqramı üzrə təhsil alıb. Təhsil proqramının sonunda məzunlara Böyük Britaniyada təsnif edilən elmi dərəcə təqdim olunub.

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az