20 noyabr 2023, 10:43

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış edib.

Zəngilanda start götürən beynəlxalq konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən nümayəndələrin, eləcə də Dünya Bankı, Beynəlxalq Nəqliyyat Forumu və s. beynəlxalq təşkilatlardan rəhbər şəxslərin iştirak etdiyi konfrans Bakıda davam etdirilib.

İİTKM-in şöbə müdiri A.Əsədov konfransın panel müzakirələrində “Beynəlxalq nəqliyyat dəhlizləri: Azərbaycanın regional və qlobal dəyər zəncirində mövqeyi” mövzusunda məqalə ilə çıxış edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az