İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı, Rəqəmsal Ticarət Qovşağı (DTH) və “SEPTEM.Tech” şirkətinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə “SEPTEM.Tech” şirkətinin icraçı direktoru Eldar Babalıyev fəaliyyət istiqamətləri, xidmətləri və mövcud startapları haqqında məlumat verib. Daha sonra "Liber.Money FinTech" layihəsinin həmtəsisçisi Arsen Kazibekov qeyri-rezidentlər üçün yaradılmış innovativ startap haqqında təqdimat edib. O bildirib ki, layihə qeyri-rezidentlərə məsafədən bank hesabının açılması və maliyyənin idarə olunmasında dəstək olur.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov qeyri-rezidentlərə bir pəncərə sistemi vasitəsi ilə rəqəmsal həllərin təklif olunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, kağızsız ticarətin inkişafı məqsədilə DTH-də təqdim olunan rəqəmsal həllər haqqında məlumat verib. Bu istiqamətdə Rəqəmsal Ticarət Qovşağı ilə qarşılıqlı əlaqələrin və potensial əməkdaşlığın qurulması müzakirə olunub.