30 oktyabr 2023, 17:46

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Rəşad Hüseynov Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Ehtiyat və istifadə cədvəlləri” mövzusunda seminarda iştirak edib. Seminar Beynəlxalq Valyuta Fondunun Qafqaz, Orta Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Seminarda ehtiyat və istifadə cədvəllərinin hazırlanması, bu cədvəllər əsasında xərclər-buraxılış cədvəllərinin tərtib edilməsi və balanslaşdırılması, eyni zamanda hazırlanmış cədvəllər üzərindən əsas iqtisadi göstəricilərin hesablanması məsələləri müzakirə edilib. Bundan əlavə, xərclər-buraxılış cədvəlləri əsasında hazırlanan modellərdən istifadə etməklə simulyasiya modellərinin qurulması da müzakirə edilən mövzular arasında olub.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az