İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən "Dinamik və stoxastik tarazlıq modelləri ilə monetar və fiskal siyasətlərin makroiqtisadi təhlili” mövzusunda təlimdə iştirak edib.
İki həftə davam edən təlimdə monetar, fiskal və struktur məsələlərin təhlilində istifadə edilən modellər, hesablama və proqnozlaşdırma üsulları, həmçinin ölkə və region səviyyəsində dinamik stoxastik ümumi tarazlıq modellərinin qurulması tədris olunub və ölkə nümunələrində tətbiqi aparılıb.