11 oktyabr 2023, 12:15

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ABŞ-ın “Metatiative İncorporated” şirkətinin həmtəsisçisi Tolqa Kaskatı ilə görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn, “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, meneceri Nəzrin Əkbərova, “Enterprise Azerbaijan”ın rezidenti “Alma Consulting” şirkətinin rəhbəri Habil Əhmədov iştirak ediblər.

R.Hüseyn İİTKM-in fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. M.Musayeva isə İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi layihələr, o cümlədən “Startup School” barədə qonağı məlumatlandırıb.

T.Kaskatı öz növbəsində, “Metatiative İncorporated” şirkəti və “BYS Group”un beynəlxalq tərəfdaşlıqları haqqında təqdimat edib.

Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə həyata keçirilə biləcək layihələrdən danışılıb və növbəti görüşlərin daha geniş tərkibdə keçirilməsi qərara alınıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az