26 sentyabr 2023, 11:50

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərova ABŞ-da səfərdədirlər.

Səfərin məqsədi ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilən “Reno startap həftəsi”ndə (Reno Startup Week) iştirak etməkdir. Startap həftəsinə “Enterprise Azerbaijan” portalının təşkil etdiyi birinci “Startup School” layihəsinin qalibi olmuş “Abroadventure” (sosial sahə üzrə) startapının nümayəndələri də qatılıblar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az