26 sentyabr 2023, 10:12

Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun iclası keçirilib.

İclasda “İnsan Kapitalı” işçi qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, altqrupun üzvləri və dəvət edilmiş qonaqlar iştirak ediblər.

İclasda İnsan Kapitalı işçi qrupun Katibi C.Hüseynli altqrupun yeni təsdiqlənmiş “Yol Xəritəsi” və altqrupun tərkibinə daxil olan yeni üzvlər və sonuncu iclasda qərara alınan məsələlər barədə məlumat verdikdən sonra, altqrupun rəhbəri Ü.Səttarova tərəfindən “Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlərin hesabatı təqdim edilib və daha sonra da üzvlərin sual və təkliflərinin müzakirəsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnsan Kapitalı” İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi çıxış edir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az