İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini İlqar Babayev Türkiyənin İstanbul şəhərində keçirilmiş Dünya Türk Biznes Şurasının (DTBŞ) 10-cu Qurultayında iştirak edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı tədbirə dünyanın müxtəlif ölkələrindən türk iş adamları, türk diasporunun nümayəndələri, dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri dəvət olunublar.
İ.Babayev Qurultay çərçivəsində keçirilmiş panel müzakirələrində, B2B görüşlərdə iştirak edərək, gələcək əməkdaşlıq məsələləri və birgə reallaşdırıla biləcək layihələr ətrafında fikir mübadiləsi aparıb.