İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının 2023-cü ilin ilk yarısı üzrə aparılmış monitorinqinə dair ilkin hesabat hazırlayıb. Layihə sənədində həmçinin, Strategiyada nəzərdə tutulmuş 12 məqsəd üzrə “Tərəqqi hesabatları” yazılıb.
Qeyd edək ki, Strategiya üzrə 5 prioritet üzrə 12 məqsədin icrası nəzərdə tutulub. Məqsədlər fəaliyyət istiqamətləri və tədbirlər üzrə indikatorların icrası ilə qiymətləndirilir.