28 avqust 2023, 16:22

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, bu Dövlət Proqramı “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə tərtib olunub.

Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün DÖVLƏT PROQRAMI ilə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://bitly.ws/Tizt


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az